UEFA-dan
05.07.2024 15:21
1638
İdman
A
UEFA-dan "bozqurd" işarəsinə görə Merih Demirala cəza - RƏSMİ

Türkiyə millisinin müdafiəçisi Merih Demiralın cəzası bəlli olub.

Aktual.ge xəbər verir ki, təcrübəli müdafiəçini UEFA iki oyunluq cəzalandırılıb.

“Ümumi davranış prinsiplərinə əməl etmədiyinə, əsas ədəb qaydalarını pozduğuna, idman yarışlarından qeyri-idman nümayişi üçün istifadə etdiyinə və futbol idman növünü nüfuzdan saldığına görə 2 oyundan kənarlaşdırılıb" , - UEFA-nın məlumatında deyilir.

UEFA-nın qərarı ilə razılaşmadığını bəyan edən Türkiyə Futbol Federasiyası Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklərini bildirib.

Qeyd edək ki, Merih Demiral Avstriya ilə görüşdə "bozqurd" işarəsini göstərdiyi üçün Almaniya və Avstriya rəsmiləri futbolçunun cəzalandırılmasını tələbə etmişdilər.

ŞƏRH YAZ
12