Zaur Darğallı: "Bu kəndlərdə içməli su problemini tamamilə həll etdik"
"Keşəli, Ambarovka, Alqet Üzüm Təsərrüfatçılığı kəndlərində içməli su problemini tamamilə həll etdik".
Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Zaur Darğallı özünün "Facebook" hesabında bildirib.
Majoritar namizəd qeyd edib ki, uzun illərdir susuzluqdan əziyyət çəkən kəndlərimizdə verdiyimiz sözü yerinə yetirdik.