Rustavi, Bolnisi, Marneuli və Qardabanidə qarşıdaki günlərdə bizi necə hava şəraiti gözləyir? - RƏSMİ PROQNOZ
10.07.2024 14:12
1758
Maraqlı
A
Rustavi, Bolnisi, Marneuli və Qardabanidə qarşıdaki günlərdə bizi necə hava şəraiti gözləyir? - RƏSMİ PROQNOZ

İyulun 14-dək Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi, güclü küləyin əsəcəyi gözlənilir.

Aktual.ge məlumat verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyindən bildirilib.

Agentliyin məlumatına görə, Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.

Ölkənin sahil bölgələri - Batumi, Kobuleti, Anaklia və Potidə isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +35, +37 dərəcə təşkil edəcək.

ŞƏRH YAZ
4