İranın yeni Prezidentinin andiçmə mərasimi iyulun 30-da baş tutacaq
10.07.2024 15:47
241
Siyasət
A
İranın yeni Prezidentinin andiçmə mərasimi iyulun 30-da baş tutacaq

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.

Aktual.ge “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Moctaba Yusefi deyib.

Onun sözlərinə görə, yeni Prezident inauqurasiya mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.

Ölkə parlamentində etimad səsverməsi ilə bağlı yekun iclas keçirilməzdən əvvəl təqdim edilən nazirlərin təsdiqlənməsi bir həftə ərzində müzakirə olunacaq.

ŞƏRH YAZ
0