Azərbaycan Prezidenti səfir Faiq Quliyevi uğurlu fəaliyyətinə görə təltif edib
10.07.2024 16:27
566
Dünya
A
Azərbaycan Prezidenti səfir Faiq Quliyevi uğurlu fəaliyyətinə görə təltif edib

Azərbaycan diplomatik xidmət orqanlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi təltif edib.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası məlumat yayıb.

Azərbaycan Dövlət başçısının 8 iyul 2024-cü il tarixli Sərəncamına əsasən, Quliyev Faiq Maqbet oğluna birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Qeyd edək ki, Faiq Quliyev 2020-ci ildən bəri Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.

ŞƏRH YAZ
16