Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış kitabxanaya kitablar hədiyyə edilib
10.07.2024 17:45
162
Siyasət
A
Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış kitabxanaya kitablar hədiyyə edilib

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış kitabxanaya Rustavi şəhərinin meriyası tərəfindən 50 nüsxə kitab hədiyyə edilib.

AKtual.ge xəbər verir ki, mərkəzinin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində fonda sahib kitabxana olmadığı üçün Mərkəzin nəzdində kitabxana yaratmaq qərarına gəldiklərini bildirib. 

Kitabxanaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi uşaqlar üçün 50 nüsxə bədii və elmi-kütləvi kitab, Gürcüstan Parlamentinin keçmiş deputatı Mahir Dərziyev isə öz şəxsi kitabxanasından 100 nüsxə kitab hədiyyə edib.

Şəhərin azərbaycanlı icmasının nümayəndələri, ziyalılar Rustavi şəhərinin meri Nino Latsabidzeyə məktub ünvanlayaraq təşəbbüslərinə kömək göstərilməsini xahiş etdiklərini və qısa müddətdə müsbət cavab aldıqlarını bildiriblər. Həmçinin Mərkəzi Kitabxana ilə birgə tədbirlərin keçirilməsi barədə razılığa gəldiklərini və ilk olaraq şairə Lia Bejanişvilinin “Sehirli dünya” kitabının təqdimat mərasiminin təşkilinin nəzərdə tutulduğunu qeyd ediblər.

ŞƏRH YAZ
5