Kateqoriyalar
Hər il olduğu kimi bu il də Marneulidə Tasua yürüşü keçiriləcək.
Bu barədə Aktual.ge xəbər portalına Marneuli imam cümələrindən biri olan Hacı Hacıyev məlumat verib.
Din xadimi bildirib ki, 15 iyul saat 11:00-də Marneuli Əhlibeyt Cəmiyyətinin qarşısından Hz.İmam Əli (ə) Məscidinə doğru izdihamlı Tasua yürüşü keçiriləcək.
Hacı Hacıyev diqqətə çatdırıb ki, yürüş başa çatdıqdan sonra Marneuli Mərkəzi Məscidinin qarşısında xütbə olacaq.
O, müsəlmanları Tasua yürüşündə iştirak etməyə çağırıb.
Əlavə edib ki, bu il Aşura 16 iyul tarixinə təsadüf edir.