“İvanişvili böyük bir saxtakarlığa hazırlaşır,hazırlaşsın, biz isə qələbəyə hazırlaşırıq” – Mixeil Saakaşvili
25.10.2020 21:06
1146
Siyasət
A
“İvanişvili böyük bir saxtakarlığa hazırlaşır,hazırlaşsın, biz isə qələbəyə hazırlaşırıq” – Mixeil Saakaşvili
“ 31 oktyabrdan sonra bugünkü rəqiblərə əl-ələ verib keçmiş düşmənliyi unutmalı və Gürcüstanın gələcəyini birlikdə qurmalıyıq. İvanişvili böyük bir saxtakarlığa hazırlaşır, hamımız bunu yaxşı bilirik. Əlbəttə ki, min hiylə işlədir, o,seçkiləri saxtalaşdırmağa hazırlaşsın, biz isə böyük bir qələbəyə hazırlaşırıq”. Aktual.ge xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Rustavidə "Milli Hərəkat" ın majoritar namizədi Davit Kirkitadzenin təqdimatı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstanda hər şey "Milli Hərəkat"ın hakimiyyəti dövründə qurulub. Hər şey "Milli Hərəkat" tərəfindən qurulub və Bidzina İvanişvili hər şeyi məhv edir. Gürcüstanda xarab olma mənbəyi tükənib, ölkədə xarab olunası çox az şey qalıb. İndi bütün bunları yenidən etməyin, yenidən qurmağın zamanı gəldi. Biz bunu bir dəfə etmiş, bir daha edəcəyik. Ürək- ürəyə, çiyin-çiyinə, bir-birimizin yanında dayanaraq hər şeyi bacara bilərik, belə olduğu halda hər şey nəticə verəcəkdir. 2012 fəlakəti olmasaydı hər şey yaxşı gedirdi. Bizə səs verməyənlər də daxil olmaqla hər kəsə müraciət etmək istərdim - dostlar, indi Gürcüstanı birləşdirməyin və birlik olmağın vaxtı gəldi. İvanişvili bizi 8 il ayırdı. Hər kəsə demək istəyirəm ki, 31 oktyabrdan sonra mütləq indiki rəqiblərimizlə əl-ələ verməli və onlarla keçmiş düşmənçiliyi, hər növ bataqlığı unutmağını və gürcü millətini birləşdirmək, Gürcüstanın gələcəyini birlikdə qurmaq üçün birlikdə çalışmalıyıq. Qələbə qazanmağımız, bağışlamağımız, rəqiblərimizə əl uzatma gücümüz və hər kəslə birlikdə yeni bir Gürcüstan qurma gücümüz var”,-deyə Saakaşvili bildiri
ŞƏRH YAZ
1