“Komandamız çətinliklərin öhtəsindən gəlmək üçün intensiv olaraq işləməyə davam edir”- Meşveliani
25.10.2020 21:31
280
Siyasət
A
“Komandamız çətinliklərin öhtəsindən gəlmək üçün intensiv olaraq işləməyə davam edir”- Meşveliani
"Gürcü Arzusu”nun Bolnisi, Dmanisi, Tetriçğaro və Tsalka seçki dairəsi üzrə majoritar namizədi Qoqi Meşveliani Qoderdzi Çankseliani Tetritskaronun Gürcüstan parlamentindəki hazırkı majoritarı ilə birlikdə seçkiöncəsi təşviqat kompaniyası çərçivəsində Tetrçğaroda Şıxlı, Samğereti,Civcava,Qolteti, Tsintsğaro, Kosalar,Durnuk və Xaişi kəndlərində əhali ilə görüşüb. Aktual.ge xəbər portalına bu barədə Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hakim komandanın namizədi yerli sakinlərlə görüşü zamanı seçki proqramını təqdim edərək onların ehtiyaclarını dinləyib. "Tetrçğaro Bələdiyyəsində bir çox mühüm layihə həyata keçirildi, buna baxmayaraq hələ də problemlər qalmaqdadır və komandamız bunların öhdəsindən gəlmək üçün intensiv şəkildə çalışır. Bu yaxınlarda 65 milyon lari dəyərində bir tender elan edildi və 15 kənddə su problemi çox yaxında həll ediləcək. Bu mövzuda layihə və maliyyə mənbələrinin tapılması üçün lazımlı işlər 2 il əvvəl başladılıb”, - deyə Meşveliani bildirib.
ŞƏRH YAZ
1