Atomobil qəzası 4 yaşlı uşağın həyatına son qoydu
25.10.2020 22:03
541
Hadisə
A
Atomobil qəzası 4 yaşlı uşağın həyatına son qoydu
Bağdad bələdiyyəsinin Dimi kəndində avtomobil qəzası baş verib. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Verilən məlumata əsasən, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Mövcud məlumatlara görə, ölənlərdən biri 4 yaşlı uşaqdır. Qəza zamanı həyatını itirən digər şəxslər uşağın atası, əmisi və nənəsi olub. Uşağın anası və daha bir azyaşlı klinikaya aparılıb. Hadisə yerinə təcili yardım və patrul polis qrupları səfərbər olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddənin altıncı hissəsi ilə istintaq başlanıb.
ŞƏRH YAZ
0