Məhərrəm ayının ilk on gününə dair Qızılhacılı İmam Həsən Məscidi HESABAT TƏQDİM EDİR
18.07.2024 19:21
1161
Din
A
Məhərrəm ayının ilk on gününə dair Qızılhacılı İmam Həsən Məscidi HESABAT TƏQDİM EDİR

Marneuli Bələdiyyəsinin Qızılhacılı İmam Həsən (ə) Məscidinin axundu Kərbəlayi Fuad İsayev bu il Məhərrəm ayının ilk on günü ilə bağlı ictimaiyyətə hesabat təqdim edib.

Aktual.ge xəbər verir ki, din xadimi, Məscid tərəfindən 10 gün ərzində görülən işlər və toplanan ianələr haqqında təqdim etdiyi hesabatda bu il ianələrin daha çox olduğunu bildirib.

"Bu il Məhərrəm məclisləri ötən illərə nisbətən daha da fərqli təsir bağışladı.

Xalqımızın məscidə olan diqqət və etibarının daha da artmasını hiss etdik. Xalqımızın xeyrsevər sakinləri 10 gün ərzində məscid vasitəsilə yol kənarında ehsan proqramına toplam 10000 lariyə yaxın vəsait xərcləyib.

10 gün ərzində xeyr sevər sakinlərimizin tərəfindən məscidə gələn möminlərə axşam məclislərindən sonra (Seyyid ocağında) ehsan süfrəsinin təşkilatçılığı üçün 8000 lari civarında vəsait xərcləndi.

Həmçinin ötən illər də xalqın infaq etdiyi nəzrləri 16-17 min lari idisə, bu il 20 mini ötüb (20.600). Bu isə xalqımızın bizə olan etibar və diqqətinin daha da artmasının bariz nümunəsidir. 

Allah yolunda görülən bu zəhmətlər və xalqın mənəvi dəyərlərinə bağlılığının artması bizi çox sevindirir. 

Bütün sadalanan işlərdə zəhməti olanlara dərin təşəkkür və uca Allah tərəfindən qəbul olunmasını diləyirəm" , - deyə Fuad İsayev bildirib.

ŞƏRH YAZ
3