
"Əgər Putin qalib gəlsə... o, təkcə Gürcüstanı deyil, həm də bütün Rusiya "yaxın xaricini" istəyəcək".
Aktual.ge xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson"Daily Mail"də dərc olunan məqaləsində bildirib.
"Əgər Putin qalib gəlsə, təbii ki, o, Ukraynada dayanmayacaq. Xəritəyə baxın, Rusiya prezidentinin indi söylədiyi dəhşətli sözlərə qulaq asın, Polşa tarixi və İkinci Dünya Müharibəsinin başlanma səbəbləri ilə bağlı onun baxışlarını dinləyin. Putin açıq şəkildə bildirib ki, Sovet İttifaqının dağılması - onun sözləri ilə desək - '20-ci əsrin ən böyük fəlakəti' sayılır və onun yenidən yaradılmasını istəyir. O, təkcə Gürcüstanı deyil, həm də bütün Rusiya "yaxın xaricini" istəyəcək. O, artıq Baltikyanı dövlətlərdə rusdilli əhaliyə qarşı Hitlerin tənqidini başlamışdır. Bu necə bitəcək?" - Conson yazır.