Azərbaycan və Ermənistan arasında daha bir
26.10.2020 09:09
1184
Dünya
A
Azərbaycan və Ermənistan arasında daha bir "humanitar atəşkəs" elan olundu
ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan hökumətləri oktyabrın 25-də birgə bəyanat veriblər: Aktual.ge ABŞ Dövlət Departamentinin rəsmi saytında yaydığı məlumatı təqdim edir: “Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 24-də ABŞ dövlət katibinin müavini Stephen E. Biegun-la görüşmüş və ölkələrinin oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsin icrasına və ona riayət edilməsinə bağlı olduqlarını təsdiqləmişlər”. Məlumatda bu da xatırladılır ki, oktyabrın 1-də ABŞ, Fransa və Rusiya prezidentləri bu niyyətlə birgə bəyanat vermişdilər. Məlumatda qeyd olunur ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8-dən qüvvədə olacaq.
ŞƏRH YAZ
6