Orozman kəndində arxeoloji tapıntı dağıdılır - Alimlər etiraz aksiyası keçirirlər
21.07.2024 16:53
541
Siyasət
A
Orozman kəndində arxeoloji tapıntı dağıdılır - Alimlər etiraz aksiyası keçirirlər

Orozman kəndində 24 saatlıq etiraz aksiyası başlayıb. Alimlər dağılmaq ərəfəsində olan arxeoloji mərkəzdə gecə-gündüz çalışırlar. Bir milyon səkkiz yüz il əvvələ aid insan dişinin tapıldığı yer indi böyük təhlükə altındadır.

Aktual.ge xəbər verir ki, arxeoloji ekspedisiyanın üzvləri ehtimal edirlər ki, dünya əhəmiyyətli kəşf edilən yer daha bir qışa dözməyəcək, çünki iki ilə yaxındır ki, bərpa edilməsi üçün ərazidə qazıntı işləri aparmağa icazə vermirlər.

"Bu yerdə gecələmək və gürcü cəmiyyətinə mesajımızı çatdırmaq qərarına gəldik ki, Orozmanda arxeoloji qazıntılara başlamaq çox vacibdir, əks halda abidə tamamilə dağıdılacaq. Bu, hazırda tətbiq edə biləcəyimiz etirazın ən ekstremal formasıdır. Mənim evdə oturub icazə almaq üçün nazirin qərarını gözləməyə haqqım yoxdur”,- deyir alim.

Beynəlxalq ekspertlər gürcü arxeoloqları ilə birlikdə Mədəni İrs Mübahisələri Agentliyinə də xüsusi məktubla müraciət edərək arxeoloji qazıntılara başlanılmasını xahiş etsələr də, nəticəsi olmayıb. Hazırda qurum qeyri-qanuni dayandırılmış işlərin bərpası üçün icazənin nə vaxt veriləcəyini bildirmir.

Mənbə: Tvpirveli

ŞƏRH YAZ
3