Qalmaqallı məsələyə Zviad Xazarişvili barmağını silkələyib reaksiya verdi - VİDEO
21.07.2024 23:55
765
Siyasət
A
Qalmaqallı məsələyə Zviad Xazarişvili barmağını silkələyib reaksiya verdi - VİDEO

Xüsusi Təyinatlıların bir neçə üzvünün Kvemo Kartli bölgəsinin qubernatoru müavini Giorgi Şinjikaşvili və dəstəsi tərəfindən döyülməsi iddiasına Xüsusi Tapşırıqlar İdarəsinin rəisi Zviad Xazarişvili qısa reaksyia verib.

Aktual.ge xəbər verir ki, hakimiyyət nümayəndələri arasında baş vermiş qarşıdurmadan sonra Giorgi Şinjikaşvili ölkəni tərk edib. Hazırda Kvemo Kartli bölgəsi qubernatoru müavinsiz qalıb.

"Tvpirveli" telekanalının jurnalisti müvafiq məsələ ilə bağlı Zviad Xazarişviliyə sual ünvanlayıb. 

Giorgi Şinjikaşvilinin Zviad Xazarişvili ilə mübahisədə qalib gəlib-gəlmədiyi sualına o, belə cavab verib:

"Mənə kim qalib gəlməlidir?! Mən heç kəsi bağışlamıram, bağışlamamışam. Mən təhdid bilmirəm... Xüsusi təyinatlıları heç kimi döyməyib, döyə bilməz və bu heçkimin də yanına qalmaz”.

Nə baş verib?

İyun ayının 15-də yerli KİV məlumat yayıb ki, Kvemo Kartli bölgəsinin qubernatoru müavini Giorgi Şinjikaşvili ilə Xüsusi Təyinatlıların bir neçə üzvü arasında dava olub. Giorgi Şinjikaşvilinin dəstəsi Xüsusi Təyinatlıların ən azı iki yüksək rütbəli zabitini şiddətlə döyüb. Tərəflər arasında dava restoranda başlayıb. Bundan sonra Kvemo Kartli vitse-qubernatoru ölkəni tərk edib. O, ən son Almaniyada görülüb. İyul ayının 17-də "Mtavari Arxi" telekanalı məlumat yayıb ki, xaricdə Giorgi Şinjikaşviliyə istefa məktubu imzalatdırılıb.

ŞƏRH YAZ
2