Gürcüstanın dostu və düşməni Kimdir? - MARAQLI SORĞUNUN NƏTİCƏLƏRİ
22.07.2024 10:46
933
Siyasət
A
Gürcüstanın dostu və düşməni Kimdir? - MARAQLI SORĞUNUN NƏTİCƏLƏRİ

Qafqaz Tədqiqat Resursları Mərkəzi (CRRC-Gürcüstan) "Qafqaz Barometri" 2024 tədqiqatını dərc edib. Bu tədqiqata görə, Gürcüstan vətəndaşlarının 69%-i Rusiyanı ölkənin əsas düşməni hesab edir.

Aktual.ge xəbər verir ki, tədqiqat zamanı respondentlərin yalnız 4%-i ABŞ-ı Gürcüstanın əsas düşməni kimi dəyərləndirib, respondentlərin 2%-i Türkiyəni, 1%-i isə Ermənistanı.

Ölkənin əsas dostuna gəldikdə, tədqiqata görə, respondentlərin 24%-i bildirir ki, Gürcüstanın əsas dostu ABŞ-dır, 8%-i Azərbaycanı, 7%-i isə Ukraynanı bildirb, 4%-i Türkiyəni və Almaniyanı qeyd edib.

Respondentlərin 2%-i bildirir ki, Gürcüstanın əsas dostu Rusiyadır, Ermənistan və Fransanın da eyni faiz göstəriciləri var. Respondentlərin 1%-i bildirir ki, Gürcüstanın əsas dostu Çin və İsraildir.

Respondentlərin 26%-i bildirir ki, Gürcüstanın dostu heç bir ölkə deyil.

Qafqaz Tədqiqat Resursları Mərkəzi tərəfindən həyata keçirilmiş araşdırma çərçivəsində 1,509 respondent sorğu-sual olunub. Sahə işləri 2024-cü il aprelin 16-dan mayın 13-dək aparılıb. Bildirilib ki, tədqiqatın maksimal xəta payı 3%-ə qədər dəyişir. Nəticələr bütün ölkəni, həmçinin paytaxtı, digər şəhərləri və kənd tipli yaşayış məntəqələrini əhatə edir və işğal olunmuş əraziləri daxil deyil.

ŞƏRH YAZ
6