Baş nazir
22.07.2024 11:44
558
Siyasət
A
Baş nazir "Gürcü Arzusu"nun siyahısının nə vaxt məlum olacağını açıqladı

"Gürcü Arzusu"nun proporsional siyahısı son gün Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək, ondan əvvəl isə siyahının bir hissəsi ictimaiyyətə məlum olacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin Xaşurda jurnalistlərə müsahibəsində məlumat verib.

Baş nazir siyahının birinci yerində kimin olacağını açıqlamayıb. O bildirib ki, siyahını partiyanın siyasi şurası tərtib edir və məhz siyasi şura kimlərin hansı nömrədə olacağını qərarlaşdıracaq.

"Seçkilərə üç ay qalıb. Siyahının təqdim olunmasına gəldikdə isə, siyahının təqdim olunmasına iki ay qalıb və ənənəvi olaraq, siyasi partiyalar siyahını son gün Mərkəzi Seçki Komissiyasına təqdim edirlər və biz də belə edəcəyik. Siyahını son gün təqdim edəcəyik, lakin ondan əvvəl siyahının bir hissəsi ictimaiyyətə məlum olacaq" , - deyən İrakli Kobaxidze "Gürcü Arzusu"nun bu il seçki kampaniyası zamanı verəcəyi vədlərdən də danışıb:

"Bizim vədlərimiz seçki proqramımızda əks olunacaq. Bu vədlər ölkənin inkişafının bütün sahələrini əhatə edir. Əsas vədimiz, seçki şüarımızda əks olunan vəddir".

ŞƏRH YAZ
6