22.07.2024 11:51
307
Siyasət
A
"Trampın qələbəsi ilə Gürcüstana münasibət ədalətli olacaq" - Kobaxidze

"Trampın qələbəsi halında Ukraynada müharibə digər hallarla müqayisədə daha tez bitəcək. Buna görə də, region daha tez sakitləşəcək və belə vəziyyətdə Gürcüstana olan münasibət də dəyişəcək. Gürcüstana qarşı daha çox ədalət olacaq".

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze Xaşurda jurnalistlərə ABŞ-da Donald Trampın qələbəsi halında Gürcüstana olan münasibətin necə dəyişəcəyi barədə suala cavab verərkən söyləyib.

Hökumət başçısının sözlərinə görə, əgər regionda sülh olacaqsa, Gürcüstana olan münasibət də dəyişəcək.

"Biz, əlbəttə ki, heç kimin seçkilərinə, xüsusilə də ABŞ kimi böyük bir ölkənin prezident seçkilərinə qarışa bilmərik. Bu, bizim işimiz deyil. Deyilə biləcək tək şey budur ki, Tramp seçkilərdə qalib gələrsə, Ukraynada müharibə daha tez bitəcək və nəticə etibarilə, regionumuz daha tez sakitləşəcək, bu da konkret olaraq Gürcüstana olan münasibəti dəyişəcək. Əgər regionda sülh olacaqsa, Gürcüstana olan münasibət də dəyişəcək. Bu barədə deyilə biləcək tək şey budur. Qalanı isə Amerika xalqının seçimi olacaq. Amerika xalqı ABŞ-ın prezidentinin kim olacağını qərar verməlidir," - deyə İrakli Kobaxidze vurğulayıb.

Bundan əlavə, o, müxalifətin Trampa qarşı ritorikasının dəyişdiyini də qeyd edib.

"Müxalifət Trampı tənqid etməklə kifayətlənməyib, xatırlayırsınız ki, onlar Amerikanın keçmiş prezidentini necə kobud və təhqiramiz ifadələrlə tənqid edirdilər. Bu gün onların ritorikası dəyişib, çünki onların hesablamalarına görə, Trampın seçkilərdə qalib gəlmə ehtimalı böyükdür. Lakin heç kim onların illərlə istifadə etdikləri o kobud ritorikanı unuda bilməz.

Təkrar edim, Trampın qələbəsi halında Ukraynada müharibə digər hallarla müqayisədə daha tez bitəcək. Buna görə də, region daha tez sakitləşəcək və belə vəziyyətdə Gürcüstana olan münasibət də dəyişəcək. Gürcüstana qarşı daha çox ədalət olacaq. Məsələn, 2022-ci ilin iyun ayında Gürcüstana namizəd statusu verilmədiyi zaman, o vaxt Müstəqil Dövlətlər Birliyinin üzvü olan Moldovaya bu status verildi, bu, əlbəttə ki, çox kobud ədalətsizlik idi. Belə ədalətsizliklərin baş verməyəcəyini düşünürəm, əgər regionda vəziyyət tezliklə sakitləşərsə" ,  - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
7