
Kateqoriyalar
Tbilisi vaxtı ilə saat 12:10-da Gürcüstanda təkrar zəlzələ baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Qeyd olunub ki, Zəlzələnin episentri Dedoplistskaro şəhərindən 2 kilometr qərbdə, Leninovka kəndində yerləşib. Bildirilib ki, zəlzələ 3,8 bal gücündə olub.
Bundan əvvəl də həmin ərazidə 4,9 bal gücündə zəlzələ baş vermişdi və yeraltı təkanlar paytaxt Tbilisidə də daxil olmaqla Kvemo Kartli bölgəsində də hiss olunub.
Qeyd edək ki, zəlzələ dağıntılara səbəb olmayıb.