Marneulidə
26.10.2020 11:11
137
Mədəniyyət
A
Marneulidə "Payız" adlı sərgi keçirilib - FOTO
Alqet İcma Mərkəzinin təşkilatçılığı ilə Marneuli rayonunun Alqeti kəndində Məscidli Gorarxi Xeyriyyə Fondunun dəstəyi ilə "Payız" adli sərgi gerçəkləştirilib. Bu barədə Aktual.ge xəbər portalına sözügedən təşkilatdan məlumat verilib. Bildirilib ki, sərgide şəkillər və əl işləri ilə yanaşı milli mətbəx və milli əşyalar da yer alıb. Qaliblərə hədiyyə və fərqlənmə diplomaları təqdim olunub. Mərkəz rəhbəri Ayşən Qızbəslinin verdiyi məlumata görə, sərgini təşkil etməkdə məqsəd gənclərə ve məktəb şagirdlərinə motivasiya vermək, bacariqlarının uzə çıxmasına dəstək olmaq və pandemiya zamani onların əhval- ruhiyylərini yükseltmekdir. O qeyd edib ki, gələcəkdə də bu kimi işlərin gorülməsi planlaşdırılır.
ŞƏRH YAZ
0