Yeni qərar müəllimləri sevindirəcək: Azərbaycan dilində xüsusi müəllim imtahanları bu tarixdən başlayır
23.07.2024 11:07
1136
Mədəniyyət
A
Yeni qərar müəllimləri sevindirəcək: Azərbaycan dilində xüsusi müəllim imtahanları bu tarixdən başlayır

2025-ci ildə etnik azlıqların müəllimləri, həmçinin ibtidai sinif (kombinləşdirilmiş) imtahanlarını Azərbaycan və erməni dillərində verə biləcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qurum etnik azlıqların müəllimləri üçün ana dilində imtahanın təşkili üzərində işləyir.

“Bütün etnik azlıqların müəllimləri bu gün də öz ana dilində istənilən fənn üzrə öz səriştələrini təkmilləşdirmək imkanına malikdirlər. İstisnalar ibtidai sinif və həmçinin xüsusi müəllim imtahanı idi. Biz bunun üzərində işləmişik və planımız ondan ibarətdir ki, 2025-ci ildə etnik azlıqların müəllimləri erməni və Azərbaycan dillərindən kombinləşdirilmiş və xüsusi müəllim imtahanlarından keçəcəklər. Biz bunu təşkil edirik,” - deyə məlumatda qeyd olunub.

ŞƏRH YAZ
0