Xərçəng xəstələri artıq dərmanları apteklərdən deyil, birbaşa klinikalardan alacaqlar
24.07.2024 00:22
965
Sağlamlıq
A
Xərçəng xəstələri artıq dərmanları apteklərdən deyil, birbaşa klinikalardan alacaqlar

Bu gündən etibarən, onkoloji (Xərçəng) xəstələr müxtəlif terapiyalar üçün lazım olan dərmanları birbaşa tibb müəssisələrində ala biləcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Mixeil Serjveladze məlumat verib.

“Əgər xəstə əvvəlcə resept üçün klinikaya müraciət etməli, sonra dərmanı apteklərdən tapmalı, götürməli və yenidən həmin klinikaya qayıtmalı idisə, bu, əsaslı şəkildə dəyişdirildi və bundan sonra klinika xəstəni narahat etməyəcək, özü universal səhiyyə proqramı ilə nəzərdə tutulmuş lazım olan dərmanı təqdim edəcək" , - deyə nazir bildirb.

ŞƏRH YAZ
0