Administrasiya rəhbəri:
26.10.2020 12:05
759
Siyasət
A
Administrasiya rəhbəri: "Regionlarda seçicilərlə görüşlər və təqdimatlar gözardı edə bilməyəcəyimiz bir siyasi prosesdir"
"Regionlarda seçicilərlə görüşlər və təqdimatlar gözardı edə bilməyəcəyimiz bir siyasi prosesdir". Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası rəhbəri Natia Mezvrişvili bəyan edib. O, bildirib ki, bütün siyasi idarələrin koronavirusla əlaqədar qaydalara riayət etməsi vacibdir. "Sizə birbaşa deyirəm ki, bu gözardı edə bilməyəcəyimiz çox vacib bir siyasi prosesdir. Burada əsas olan hər kəsin qaydalara riayət etməsidir. Proses davam edir və biz bu prosesi dayandıra bilmərik amma qaydalara riayət etmək bütün siyasi qurumların məsuliyyətidir. Hər bir kəs bunu mümkün qədər yerinə yetirməlidir", - deyə N.Mezvrişvili bildirib.
ŞƏRH YAZ
0