Baş nazir: 2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək
25.07.2024 10:35
440
İqtisadiyyat
A
Baş nazir: 2030-cu ilə qədər Gürcüstanda yoxsulluq sıfıra enəcək

Gürcüstan eyni sürətlə inkişaf etməyə davam edərsə, yoxsulluğun səviyyəsi 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə azala bilər.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze "Rustavi2" telekanalına müsahibəsində deyib.

“Əlbəttə, biz yoxsulluğu sıfıra endirmək üçün hələ də Avropa standartlarına çatmaqdan uzağıq, lakin eyni şəkildə davam etsək, 2030-cu ilə qədər əhəmiyyətli dönüş nöqtəsi olacaq”, - Baş nazir qeyd edib.

O, vurğulayıb ki, yanvar-may aylarında Gürcüstanda iqtisadi artım 9,3%, işsizlik səviyyəsi isə 16,4% təşkil edib.

ŞƏRH YAZ
10