Nazir: "Yuxarı kursda oxuyan tələbələr koronavirusla mübarizə prosesinə qoşulacaqlar"
“Lazım olduğu təqdirdə tibb universitetlərinin yuxarı kurs tələbələri koronavirusun idarə edilməsinə cəlb ediləcək”.
Aktual.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Çxenkeli İdarələlərarası Koordinasiya Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, bir həftə ərzində bu prosesdə iştirak edəcək yuxarı kurs tələbələrinin bazası yaradılacaq.
"Bu gün, İdarələrarası Koordinasiya Şurasında qərara gəldik ki, yuxarı kurslarda oxuyan tibb tələbələri ehtiyat tibb işçiləri yaratmaq üçün sürətli bir kurs keçəcək və lazım olduqda kovidin (Koronavirus -red.) tibbi idarəçiliyində iştirak edərək həkimlərimizə kömək edəcəklər. Hazırda tibb fakultələrinin rəhbərləri ilə yanaşı tibb universitetlərinin rektorları ilə görüşlər keçirilir. Bu əməliyyata başlayacağıq və maksimum bir həftə içində bu sürətli təhsildən keçmiş yuxarı kurs tibb tələbələri bazasına sahib olacağıq. Lazım olduqda onlar bu prosesə qoşulmağa və həkimlərimizə kömək etməyə tam hazır olacaqlar. Təlim kursu çoxşaxəli olacaq və vəziyyətdən asılı olaraq həkimlərimizin köməyə ehtiyacları olacaq, buna görə də yuxarı kurs tələbələrimizi bu işdə onlara kömək edəcəklər",-deyə Təhsil naziri bildirib.