Güclü yağış şəhəri su altında qoyub
28.07.2024 22:55
1602
Hadisə
A
Güclü yağış şəhəri su altında qoyub

Güclü yağış Qoridə ciddi fəsadlar törədib.

Aktual.ge xəbər verir ki, şəhərin bir neçə rayonunda fərdi yaşayış evlərinin birinci mərtəbələrini və binaların girişlərini su basıb. 

Yerli sakinlər baş vermiş hadisələri nizamsız drenaj kanalları və nasaz kanalizasiya sistemi ilə əlaqələndirib. 

Güclü yağış Qorinin Kombinati və Kvernak qəsəbələrində də problemlər törədib. Hadisə yerində xilasetmə xidməti işləyir, yanğınsöndürənlər evlərdən suyu çəkirlər. 

Artıq bir neçə saatdır ki, Qoridə güclü yağış yağır.

ŞƏRH YAZ
8