Məlumat az əvvəl yayıldı: Qabal kəndində gənc qız qaçırılıb
29.07.2024 12:22
1208
Kriminal
A
Məlumat az əvvəl yayıldı: Qabal kəndində gənc qız qaçırılıb

Bu gün səhər saatlarında Laqodexi bələdiyyəsinin Qabal kəndindən 23 yaşlı qız qaçırılıb.

Aktual.ge xəbər verir ki, qaçırılan qızın qohumu “AzadlıqRadiosu"na danışıb və qaçıranların zor tətbiq etdiyini bildirib.

Gənc qızın dayısı deyib ki, o, qaçırılarkən zor tətbiq edilib.

"Dörd nəfər idi, qızı döyərək maşına mindirdilər. Qız da, nənəsi də müqavimət göstərsə də, heç nə edə bilməyiblər. Qız da, nənə də yaralanıb. Avtomobilin modeli və nömrəsi bizə məlumdur. Biz polisə məlumat verdik, lakin onların yerini tapa bilmədilər. Biz öz səylərimizlə maşının ehtimal olunan yerini öyrəndik. Bunu polisə də bildirdik. Biz hələ də polisdə ifadə veririk" , - söyləyib.

Polis hazırda qaçırılan qızı axtarır.

Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb. 

Qeyd edək ki, sözügedən maddə səkkiz ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
7