Sərin hava şəraiti nə vaxta qədər davam edəcək? - PROQNOZ
29.07.2024 15:31
2386
Maraqlı
A
Sərin hava şəraiti nə vaxta qədər davam edəcək? - PROQNOZ

Avqustun 2-dək Gürcüstanda hava şəraitinin fasilələrlə yağışlı olacağı gözlənilir.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Tbilisidə əsasən yağışsız hava olacaq. İyulun 31-də şimal-qərb istiqamətindən külək əsəcək. Havanın temperaturu gündüz +28, +30 dərəcə olacaq.

Sahilyanı bölgələrdə - Batumi, Kobuleti, Anaklia və Poti-də 30 iyulun axşamından 1 avqustun səhərinə qədər aralıqlı yağışlı hava şəraiti gözlənilir, gündüz isə açıqlıq olacaq. 31 iyulda ildırım və küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +24, +26 dərəcə olacaq.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Gori və Tskhinvali bölgələrində bəzi yerlərdə qısa müddətli yağış gözlənilir. 31 İyulda ildırım, dolu və küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +29, +31 dərəcə olacaq.

ŞƏRH YAZ
7