Qabal kəndində 23 yaşlı qızın qaçırılması ilə bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO
29.07.2024 17:30
1602
Kriminal
A
Qabal kəndində 23 yaşlı qızın qaçırılması ilə bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

Laqodexi Bələdiyyəsinin Qabal kəndində 23 yaşlı Günel Həsənova zorla qaçırılıb.

Aktual.ge xəbər verir ki, hüquq-mühafizə orqanları ölkə miqyasında qaçırılan qızı və cinayəti törədənləri axtarır.

Ailə artıq polis bölməsində dindirilib və ətraflı məlumat verib.

Aktual.ge-nin əldə etdiyi təhlükəsizlik kameralarının görüntülərindən məlum olur ki, 23 yaşlı qız nənəsi ilə birgə hərəkət edərkən qəfil ona hücum edilib və zorla maşına mindirilib. Nəvəsinə kömək etmək istəyən yaşlı qadın isə dəfələrlə yerə yıxılıb.

Qızı evlənmək məqsədi ilə qaçıranlar əvvəlcə Qaracala kəndi istiqamətində irəliləyiblər.

Qaçırılan qızın ailəsi bildirib ki, cinayəti törədən şəxs 24 yaşlı oğlandır.

ŞƏRH YAZ
10