
Kateqoriyalar
Marneuli-Tbilisi avtomagistralının Marabda kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, hadisə zamanı iki yük maşını toqquşub.
Məlumata əsasən, yolda hərəkət zamanı yük maşınlarından biri idarəetməni itirərək qarşıdan gələn digər yük maşını ilə toqquşub. Toqquşma nəticəsində hər iki yük maşını yoldan çıxıb və Marneulinin girişində güclü tıxac yaranıb. Hadisə yerindən verilən məlumata görə, hər iki yük maşının sürücüsü yüngül xəsarət alıb.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım brigadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.