Kateqoriyalar
İranın rəhbəri və ruhani lideri Ayətullah Əli Xamenei bütün müsəlmanların İsa Peyğəmbərə qeyd-şərtsiz ehtiramla yanaşdığını və İslam Respublikasının ona qarşı təhqirləri qəti şəkildə pislədiyini bildirib.
Aktual.ge xəbər verir ki, bu barədə o özünün "X" hesabında yazıb.
"İsa Məsihə ehtiram müsəlmanlar üçün danılmaz, birmənalı məsələdir. Biz ilahi dinlərin müqəddəs şəxslərinə, o cümlədən İsa Məsihə qarşı bu təhqirləri pisləyirik", - İran lideri qeyd edib.
Xatırladaq ki, Oyunların açılış mərasimində təşkilatçılar Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərinin təxribat xarakterli LGBT parodiyasını nümayiş etdiriblər.