Acara bölgəsi su altında qalıb
31.07.2024 13:26
1157
Hadisə
A
Acara bölgəsi su altında qalıb

Acara bölgəsində güclü yağış həyatı iflic edib.

Aktual.ge xəbər verir ki, güclü yağış Kobuleti bələdiyyəsinin Çaysubani kəndində ciddi problemlərə səbəb olub, burada sürüşmə baş verib və evlərin həyətyanı sahələri su altında qalıb.

Batumi-Kobuleti yolunda təbii fəlakət səbəbi ilə məhdudiyyətlər yaranıb və nəqliyyat vasitələrinin hərəkətində problemlər ortaya çıxıb.

Sürücülərin sözlərinə görə, yolda suyun səviyyəsi o qədər yüksəlib ki, nəqliyyat vasitələri hərəkət edə bilməyib. Acaranın Çakvi kurort zonası da su altında qalıb.

ŞƏRH YAZ
2