
Kateqoriyalar
Bu gün Marneulidə “Gürcü dili - müstəqilliyinizin qarantı” adlı layihənin yekun tədbiri keçirilib.
Aktual.ge xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, o cümlədən vətəndaş fəalları və media nümayəndələri iştirak ediblər.
Tədbirdə layihənin mahiyyəti və əldə olunan nailiyyətlərə diqqət yönəldilib, həmçinin layihənin yekun icmal hesabatı təqdim olunub.
Qeyd edək ki, layihə "Qırmızı Körpü" Qeyri-hökumət təşəkilatının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Müxtəliflikdə birlik” proqramı çərçivəsində həyata keçirilib.