Mərkəz rəhbəri:
26.10.2020 13:26
353
Sağlamlıq
A
Mərkəz rəhbəri: "Qırmızı zonaya" keçmişik"
"Son 24 saat ərzində ölkədə koronavirusdan ölən 14 xəstənin minimum yaşı 61-dir". Aktual.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Hökumət Administrasiyasında keçirdiyi brifinqdə bildirib. Ölkənin “qırmızı zonaya” keçdiyini bildirən mərkəz rəhbəri ümumiyyətlə, ölkədə koronavirusdan ölən xəstələrin əksəriyyətinin xroniki xəstəliklərə sahib olduqlarını qeyd edib. "Daxili iş üçün sözdə dörd rəngli işıqfordan istifadə edirik. Son iki həftənin ortalamasını 100.000 vətəndaşa düşən yeni yoluxma hadisəsinə görə hesablayırıq. Artıq “qırmızı zonaya” keçdik. Bu rənglərə görə neçə yataq yatmalı olduğumuza, nə qədər həkimin işə cəlb olunduğuna, hansı ləvazimatlara sahib olmağımıza və s. nəzarət edirik. "Sarı" və "narıncı zonalar"a keçdiyimiz zaman, Acarıstanda məhdudiyyətlər tətbiq etdik, bir neçə şəhərdəki restoranlar saat 22: 00-dan etibarən işləməyə başladılar. Yalnız müəyyən məhdudiyyətlər tətbiq olunacaq, tam bir kilidlənmə nəzərdə tutulmur", -deyə Baş epidemioloq diqqətə çatdırıb.
ŞƏRH YAZ
3