Həmas lideri Haniyənin sui-qəsdə uğradığı İranda, Cəmkəran Məscidinin günbəzində ərəb dilində "Hüseynin intiqamı" yazılmış qırmızı bayraq qaldırılıb. İntiqam bayrağı sonuncu dəfə 2020-ci ilin 3 yanvar tarixində Qasım Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında baş verən canlı bomba hücumunun ardından qaldırılmışdı.
Aktual.ge xəbər verir ki, İsmayıl Haniyənin ölümü Yaxın-Şərqdəki gərginliyi daha da pikə yüksəldib, regional müharibə isə artıq an məsələsidir. Ölkə liderləri bir-bir açıqlamalar verərkən, İran "intiqam" bayrağı mesajı verib.
İranın yeni Prezidenti Məsud Pezeşkiyan "İran, işğalçı terrorçuları bu qorxaqlıqla etdikləri hərəkətlərə görə peşman edəcəkdir" deyərkən, İranın dini lideri Ayətullah Əli Xamenei də intiqam vədi verdiyi çıxışında "Haniyənin qanının intiqamını almaq İranın vəzifəsidir. Çünki o, bizim torpaqlarımızda şəhid olmuşdur" deyib.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.