Kateqoriyalar
Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında” qanun bu gündən qüvvəyə minib.
Aktual.ge xəbər verir ki, qanuna əsasən büdcəsinin 20 faizindən çoxu ölkə xaricindən maliyyələşən Qeyri-hökumət təşkilatları və media subyektləri "xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilat" təşkilat kimi reyestrdən keçməlidir.
Qanuna riayət etməyən təşkilatların 25 min lariyədək cərimələnməsi nəzərdə tutulur.
Mübahisəli qanunun qəbul edilməsi ilə əlaqədar Aİ Gürcüstanın inteqrasiyasını dayandırıb. ABŞ isə bir sıra məhdudiyyətlər tətbiq edib.
Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları qanunu "Rus qanunu" adlandırırlar.
Gürcüstan hökuməti qanunun məqsədinin ölkədə QHT-lərin qeyri-şəffaf maliyyələşməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edir.