Səfirdən konkret sözlər:
01.08.2024 20:09
379
Siyasət
A
Səfirdən konkret sözlər: "Bizi ABŞ haqqında yalan bəyanatlar, neqativ ritorika narahat edir"

"Bizi bəzi antidemokratik hərəkətlər, ABŞ haqqında yalan bəyanatlar, neqativ ritorika narahat edir. Biz birlikdə işləməyə davam etmək və Gürcüstan xalqının arzularının reallaşmasına kömək etmək istəyirik".

Aktual.ge xəbər verir ki, bunları ABŞ-ın Gürcüstandakı fövqaladə və səlahiyyətli səfiri Robin Daniqan jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ dəfələrlə narahatlığını ifadə edib və Gürcüstan hökumətini hərəkətlərini yenidən nəzərdən keçirməyə çağırıb.

“Siz dünən bövlət katibinin bəyanatını soruşdunuz ki, biz Gürcüstan hökumətinə yardımı dayandırırıq. Niyə biz bunu etdik? Biz dəfələrlə Gürcüstan hökumətinin bəzi hərəkətləri haqqında danışmışıq, bu bizi çox narahat edir - bəzi antidemokratik hərəkətlər, məsələn, xarici təsir haqqında qanun, həmçinin digər hərəkətlər və ABŞ haqqında yalan bəyanatlar, ABŞ və Qərb haqqında neqativ ritorika" , - deyən Robin Duniqan əlavə edib:

"Biz dəfələrlə narahatlığımızı ifadə etdik və hökuməti hərəkətlərini yenidən nəzərdən keçirməyə çağırdıq. Biz həmçinin dedik ki, ikitərəfli münasibətləri yenidən nəzərdən keçirəcəyik. Dünən isə Dövlət katibi Blinken bəyan etdi ki, bu müzakirələrin nəticəsi olaraq, o, birbaşa hökumətə verilən yardımın müəyyən hissəsini dayandırır. Biz tələbələri, müəllimləri, fermerləri, kiçik biznes sahiblərini, vətəndaş cəmiyyəti fəallarını və təşkilatlarını dəstəkləməyə davam edəcəyik. Gürcüstanın müdafiə qüvvələrinə dəstəyimiz də davam edəcək. Dövlət katibinin dediyi kimi, hər şey müzakirə prosesindədir. Avropa Birliyi bəyan edib ki, bu hərəkətlər və dezinformasiya Gürcüstanın Avropa Birliyinə üzvlük prosesinin dayandırılmasına səbəb olub. Biz birlikdə işləməyə davam etmək və Gürcüstan xalqının arzularının reallaşmasına kömək etmək istəyirik ki, o, Qərb demokratik ailəsinin üzvü olsun".

ŞƏRH YAZ
1