“Güclü Gürcüstan” ittifaqı “Real Alternativ” şüarı ilə seçki kampaniyasına start verdi
01.08.2024 23:10
510
Siyasət
A
“Güclü Gürcüstan” ittifaqı “Real Alternativ” şüarı ilə seçki kampaniyasına start verdi

Müxalif "Lelo”, “Xalq Naminə” partiyalarının və “Azadlıq Meydanı” hərəkatının daxil olduğu “Güclü Gürcüstan” siyasi ittifaqı rəsmən seçki kampaniyasına start verib.

Aktual.ge xəbər verir ki, seçki kampaniyasının açılış mərasimi “Mziuri” amfiteatrında keçirilib.

Açılış tədbirindən məlum olduğu kimi, “Güclü Gürcüstan” ittifaqının əsas şüarı “real alternativ”, seçki nömrəsi isə 9 olacaq.

“Güclü Gürcüstan”ın liderlərindən biri, “Lelo”nun həmtəsisçisi Mamuka Xazaradzenin sözlərinə görə, siyasi birlik sabahdan regionlarda toplantılar keçirəcək və 10 gündən sonra rəsmən seçki proqramını təqdim edəcək.

"Sabahdan etibarən biz bütün Gürcüstanı gəzəcəyik və insanlara Gürcüstanın Avropa İttifaqına necə daxil olacağını, iş yerlərini necə yaradacağımızı, Gürcüstanda ciddi təhsil sistemini necə quracağımızı, ümumiyyətlə insanlara münasibəti necə dəyişəcəyimizi, kəndləri necə dirçəldəcəyimizi və s. Planlarımızı təqdim edəcəyik. Bunu sizə cəmi 10 gün ərzində ətraflı şəkildə tanıdacağımız proqram vasitəsilə edəcəyik və bu proqramda sizin dəstəyiniz və iştirakınız vacibdir, çünki xalq olmadan hər hansı bir islahat aparmağa çalışan partiya yoxdur" , - söyləyən Mamuka Xazaradze sözlərinə belə davam edib:

"Mən əminəm ki, xalq tərəfindən rədd edilən, yeni simalarla siyasətə qayıdan köhnə siyasətçiləri görməyəcəyik. Biz gənclərin simasında həqiqi yeni simalar görəcəyik. Oktyabrın 27-si elə bir gün olacaq ki, biz oyanıb görəcəyik ki, Bidzina öz 'Gürcü Arzusu' ilə gedib və biz yeni, güclü Gürcüstanın qurulmasına başlayırıq. Biz bunu mütləq edəcəyik. Mən hamınızı bizə qoşulmağa dəvət edirəm, çünki bizim güclü ölkənin övladları olmaq şansımız var”.

ŞƏRH YAZ
3