Moskvadan
02.08.2024 12:26
650
Dünya
A
Moskvadan "Gürcü Arzusu"na təklif: "Rusiya hakimiyyəti dialoqa hazırdır"

Rusiya və Gürcüstan parlamentləri hələ də bir-biri ilə əlaqə saxlamır, lakin Gürcüstan tərəfinin istəyi olarsa, Rusiya hakimiyyəti dialoqa hazırdır.

Aktual.ge xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Təəssüf ki, hələlik təmaslar yoxdur, əlbəttə ki, bu bizim günahımız deyil, Gürcüstanda çətin siyasi proseslər gedir, çox şey yenidən düşünülür. Əgər Gürcüstanın dialoqa həvəsi varsa, biz elə indi hazırıq”, - Matviyenko bildirib.

ŞƏRH YAZ
14