Hizbullahın ikinci rəhbəri Fuad Şükürün öldürülməsindən sonra İsrailin Akka şəhəri ilə mülki və hərbi obyektlərinə cavab hücumunun ardından Həsən Nəsrullah Tel-Əviv rəhbərliyinə gözdağı verib.
Aktual.ge Haberler.com-a istinadən xəbər verir ki, o, çıxışında İsrail hökumətinə açıq ultimatum verib.
"Hayfa bölgəsinin sakinləri hər cür ssenariyə hazırlıqlı olmalıdır. Artıq bütün bölgənin taleyi müəyyənləşdi. Gecikmiş cavab, İsrailə verilən cəzanın bir hissəsi olacaq. Biz bu yola imanla çıxdıq və bu yolda şəhid olmağı qəbul edirik. Cavabımız güclü və təsirli olacaq. Meydana çıxmağı gözləyirik. Cavab zərbəsini ya təkbaşına, ya da müqavimətin digər cəbhələri (Yəməndəki Husilər və İraqdakı qruplaşmalar) ilə birlikdə həyata keçirəcəyik" , - deyə Həsən Nəsrullah qeyd edib.