5 gün davam edən Avqust müharibəsinin üzərindən 16 il ötür. 2008-ci ildə Rusiya işğalçı qüvvələrinin müdaxiləsi nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polis həyatını itirib, 2 min 232 nəfər Gürcüstan vətəndaşı isə yaralanıb. 263 min 598 nəfər Gürcüstan vətəndaşına məcburi köçkün statusu verildi. İşğal nəticəsində Gürcüstan 151 yaşayış məntəqəsində nəzarəti itirdi.
Aktual.ge Xəbər Portalı 2008-ci ilin 8 avqust tarixində Rusiya-Gürcüstan müharibəsində baş verənləri xatırladır:
Sözügedən müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə olaraq elan etdi.
"Sürünən işğal"
Gürcüstan ərazilərinin ələ keçirilməsi və insanların qaçırılması bu günə qədər davam edir. İşğal xətti yaxınlığında məskunlaşmış Gürcüstan vətəndaşları yaşamaq üçün hər gün mübarizə aparmalı olurlar.
Rusiya avqust müharibəsi üçün necə hazırlaşırdı?
2006-cı ilin mart ayının əvvəlində Rusiya Cava kəndi yaxınlığında hərbi baza qurmağa başladı. Sonrakı iki ildə isə oraya daha iki baza əlavə etdi, bunlardan biri də Uqardan bazası, yəni 7 avqust 2008-ci il tarixində işğal məqsədi ilə Rusiyadan gətirilmiş hərbi qüvvələrin yerləşdiyi yerdir. 2008-ci ilin iyul ayında bir qrup rus hərbi həkim də Çxinvalidə düşərgə saldı. Avqust hadisəsinə qədər, 2008-ci ilin aprelindən iyuluna qədər, Çxinvali bölgəsində bazaların inşasına paralel olaraq Rusiya Abxaziyaya 500-dən çox əsgər və artilleriya göndərdi. Gürcüstanın Avro-Atlantik istəklərinə paralel olaraq, Rusiya hərbi güc tətbiq edərkən, Qərb Kosovonun müstəqilliyini tanıdı, Gürcüstan və Ukrayna NATO-ya Buxarest sammitində qoşuldu. Bu isə Rusiyanın hərbi əməliyyatlara başlaması üçün bir bəhanə oldu.
Rusiya lideri Vladimer Putinin sözləri müharibənin kimin başlatdığına dair olan mənasız mübahisəyə son qoydu: "Gizli bir planımız var idi və buna görə hərəkət etdik. Mən əvvəllər Baş Qərargahın 2006-cı ilin sonunda və ya 2007-ci ilin əvvəlində hazırladığını, təsdiq etdiyini söylədim. Biz Cənubi Xalq Ordusunu hazırlayırdıq bu plana əsasən. Bu plan mənimlə razılaşdırıldı".
Buxarest sammiti nədir?
2-4 aprel 2008-ci il tarixində Buxarest sammitində Gürcüstan və Ukrayna üçün NATO-ya Üzvlük Fəaliyyət Planı (MAP) müzakirə edildi.
Qərar ABŞ, Kanada, Birləşmiş Krallıq və bir sıra Avropa ölkələri tərəfindən dəstəkləndi. Qərara müxalif olanlar arasında Fransa, Almaniya, İspaniya və Benilüks ölkələri yer aldı. Dövrün Almaniya kansleri Angela Merkel, MAP-ın verilməsinə qətiliklə dəstək vermədi. Bu iki ölkənin Alyansa üzv olmağa hazır olmadığına inanılırdı və Almaniya bu yolla Rusiya ilə birbaşa qarşıdurmanın qarşısını almağa çalışdı.
Alman müqaviməti, MAP-nin verilməməsi qərarında böyük rol oynadı. Gürcüstan və Ukraynanın o zaman MAP-ni qəbul edə bilməyəcəyi, ancaq mütləq Alyansa üzv olacağı bildirildi. Buxarest sammitində bunun nə vaxt baş verəcəyi dəqiqləşdirilmədi. MAP-nin qəbul edilməməsinə baxmayaraq, vəd yerinə yetirilmədi. Rusiya Dumasının üzvü və Kremlin analitiki Sergey Markov, Gürcüstanın NATO-ya daxil olmasının Qafqazda müharibəyə başlamaq cəhdi kimi görüləcəyini, Ukraynanın NATO-ya üzv olmasının isə Rusiya ilə gərgin münasibətlərə səbəb olacağını bildirdi.
Avqustdan əvvəl, 2008-ci ilin yazından bəri, Gürcüstan ərazisində rusların fəal hərəkətləri, təxribatları və hətta atışmalar belə olmuşdu. 1 avqust tarixində Çxinvalinin gürcü kəndləri bombardman edildi. Erqneti və Nikozi bölgəsindən olan insanlar, o cümlədən polislər yaralandı, 3 nəfər həyatını itirdi.
2 avqust - 10-dan çox kənd bombalandı. Eskalasiyanın qarşısını almaq üçün Gürcüstan tərəfi cavab atəşini dayandırır. Eyni gündə Rusiya Şimali Osetiyanın "səlahiyyətlilərinə" yardım təklif edir və əhalinin Çxinvalidən təxliyəsinə başlayır.
3 avqust - Separatçı hərbiçilər Znauri və Veles də daxil olmaqla bir neçə kəndi işğal etdi. Dvanidə Gürcüstan polisinə də atəş açıldı.
4 avqust - Rusiyanın 58-ci Ordusu Roki Tuneli yaxınlığında düşərgə saldı, 10 ədəd zirehli texnika Rusiyadan Gürcüstana girdi. Müharibə təhlükəsi getdikcə daha aydın görünürdü. Beynəlxalq birlik daha da fəallaşır və zorakılığı dayandırmaq üçün çağırışlar edilirdi.
5 avqust - Rusiyanın 58-ci Ordusu Roki Tuneli ilə Gürcüstana daxil olur. Gürcüstan kəndlərini bombalamağa davam edir. Avropa İttifaqı danışıqlara və sülhə çağırışları davam etdirir.
6 avqust – Gürcü kəndlərini bombalamağa davam edilir.
7 avqust - Gürcüstan Daxili İşlər Nazirliyi daha bir neçə gürcü kəndinin bombalanmasının planlaşdırıldığını təsdiqləyən radar qeydlərini ələ keçirir. Eyni zamanda, Abxaziyanın de-fakto hökuməti Cənubi Osetiyadakı separatçı rejimə kömək etməyə hazır olduğunu bəyan edir.
8 avqust - 19 nəfər həlak olur, 135 nəfər yaralanır və 36 kənd bombalanır.
9 avqust - Rusiyanın Baş naziri Vladimir Putin "hərbi əməliyyat" keçirmək üçün Vladikavkaza gəlir. Gürcüstan Hərbi Qüvvələri rus pilotunu Qori şəhərində yaxalayır.
Poti limanına, Senaki və Vaziani hərbi bazalarına, Kopitnari hava limanına və Qori şəhərlərinə hava hücumları olunur. Kodori dərəsində paralel bir hücum da baş verir. Eyni zamanda Rusiya Qara Dəniz Donanması Gürcüstanın ərazi sularına girərək Abxaziya sahillərində patrulluq etməyə başlayır. Gürcüstan hökuməti gürcü hərbçilərini İraqdan hərbi əməliyyatlara dəvət edir. Gürcüstan saytlarına haker hücumu olunur. Hitler və Saakaşvilinin şəkilləri Xarici İşlər Nazirliyinin səhifəsində yerləşdirilir.
10 Avqust - Ruslar Böyük Liaxvi vadisini ələ keçirirlər. Roki Tunelindən keçərək ölkəyə əlavə qüvvələr gətirilir. Vaziani hərbi bazası, Bakı-Supsa-Ceyhan neft kəməri və Kodori dərəsi bombalanır. Gürcüstan qüvvələri Çxinvalidən çəkilir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyadan ərazini tərk etməyi və atəşkəs tələb etdiyini bildirir. Qori və Anaklia bombardman edilir, Gürcüstan əhalini Kodoridən təxliyə edir. Gürcüstan yenidən Tbilisidəki Rusiya səfirliyindən atəşi dayandırmağı tələb edir. O dövrün Rusiya XİN rəsmisi Qriqori Karasin atəşkəs şərtlərini açıqlayır: "Gürcü qoşunları münaqişə öncəsi mövqelərinə qayıtmalı və güc tətbiq etməməyi öhdələrinə götürməlidirlər."
Dialoq danışıqlarına o dövrün Fransa Prezidenti Nikolas Sarkozi qatılır. Gürcüstan, Kondoliza Raysdan vasitəçi rolunu üstlənməsini istəyir. Fransanın xarici işlər naziri Bernard Kuşner və Finlandiyanın xarici işlər naziri Alexander Stubb danışıqlar aparmaq üçün Tbilisiyə, sonra isə Moskvaya səfər edirlər.
11 Avqust - Qərbin sülh dialoq danışıqlarında iştirakına baxmayaraq, Gürcüstanın kəndləri və şəhərləri, o cümlədən Yuxarı Abxaziya, Acarıstan və digər bölgələr bombalanmaqda davam edir. Rus qoşunları Senaki və Zuqdidini işğal edir. Eyni gün Rusiya hərbi gəmiləri Gürcüstanın Qara dənizə girişinə qadağa qoyur, rus tankları Çxinvalidə irəliləyir və bölgədəki kəndlər ruslar tərəfindən işğal edilir.
Gürcüstan Silahlı Qüvvələri Tbilisi girişini möhkəmləndirir – Çünki Rusiyanın Tbilisiyə hücum təhlükəsi də var idi.
12 avqust - Rus helikopteri Qori istiqamətində şosse ilə hərəkət edən sərnişin mikroavtobusuna atəş açır və 9 mülki vətəndaş həyatını itirir. Rusiyanın Qara Dəniz Donanması Gürcüstan sahil mühafizə gəmilərini məhv edir. Ruslar Qori rayonunun kəndlərini işğal etməyə davam edirlər. Ruslar Şərqi və Qərbi birləşdirən əsas magistral yolu bağlayır. Kodori dərəsini 70 zirehli maşın və 600 əsgərlə işğal edirlər. Nikolas Sarkozi Vladimir Putinlə görüşür. Qoşulmamış tərəflər üçün qəbul edilən, lakin Rusiyaya aid olmayan atəşkəs haqqında qətnamənin, Fransa tərəfindən təklif edilən BMT Təhlükəsizlik Şurasının təcili iclasında müzakirə ediləcəyi bildirilir. Elə həmin gün Gürcüstan hökumətinin məlumatına əsasən, 45 əsgər yaralanır, 47 mülki şəxs həlak olur, məcburi köçkünlərin sayı isə 25 min nəfərə çatır. ABŞ vitse-prezidenti və dövlət katibi Kondoliza Rays, senator Con Makkeyn, Estoniya Prezidenti Tomas Hendrik İlves, Ukrayna Prezidenti Viktor Yuşşenko, Latviyanın Baş naziri, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski Tbilisiyə səfər edirlər. Nikolas Sarkozi də Moskvadakı danışıqlardan sonra Tbilisiyə qayıdır.
16 avqust - Gürcüstan və Rusiya arasında altı bəndlik sülh razılaşması əldə edildi, ona görə hər iki tərəf qoşunları müharibədən əvvəlki xəttə qaytarmalıdır. Lakin Kreml bu sazişi pozur.
26 avqust - Rusiya Prezidenti Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəklədiyini bildirir: "Mən Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyan fərmanlar imzaladım."
Dmitri Medvedev avqust müharibəsinin başlanmasında Gürcüstan tərəfini günahlandırır və 8 avqustu müharibənin başlanğıc tarixi elan edir.
Haaqa məhkəməsində Gürcüstana bəraət verilib
2022-ci il dekabrın 16-da Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan 2008-ci ilin avqust müharibəsində Gürcüstanda vəziyyətin istintaq mərhələsinin başa çatdığını elan edib. İstintaq nəticəsində Gürcüstan tərəfinin heç bir günahının olmadığı təsdiqlənib və Rusiya ilə işğalçı rejimlərin nümayəndələri günahkar olaraq qeyd edilib.
Haaqa məhkəməsindən başqa, 2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında baş vermiş müharibədə Avropa Məhkəməsi də Rusiya Federasiyasını mühakimə edib. Aprelin 28-də qəbul edilən qərara əsasən, Strasburq məhkəməsi Rusiyanı Gürcüstanın xeyrinə 130 milyon avroya qədər təzminat ödəməyə məcbur edib.
Müharibədə həlak olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.