Kateqoriyalar
Ukrayna ordusu gözlənilmədən 300 əsgər, 11 tank və 20 zirehli texnika ilə Rusiyanın Kursk vilayətinə hücum edib.
Aktual.ge "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiya hücumun dəf edildiyini açıqlasa da, bölgədə fövqaladə vəziyyət elan edib, üstəkik 2 min dinc sakin sərhəd bölgəsini tərk edib.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukrayna Kursk bölgəsinə hücuma cəhd etməklə "Rusiyaya qarşı sonuncu genişmiqyaslı təxribatını edib".
Kursk bölgə qubernator vəzifəsini icra edən Aleksey Smirnov "Telegram" kanalında hazırda vəziyyətin gərgin olduğunu bildirib:
“Düşmən qüvvələrinin bölgəyə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən fövqəladə vəziyyət elan etmək qərarına gəldik”.