Rusiya XİN:
08.08.2024 11:13
530
Siyasət
A
Rusiya XİN: "Moskva Tbilisi, Sxinvali və Suxumi arasında dialoqu asanlaşdırmağa hazırdır"

“Rusiya Tbilisi, Sxinvali və Suxumi arasında dialoqu asanlaşdırmağa hazırdır”.

Aktual.ge xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqust müharibəsinin 16-cı ildönümü ilə bağlı söyləyib.

Rusiya XİN-in rəsmi saytında Mariya Zaxarovanın dərc olunan məqaləsində qeyd olunub ki, regionda uzunmüddətli sülhün bərqərar olması üçün tərəflər arasında müzakirə lazımdır.

​“Lakin müzakirələrin iştirakçılarının ilk növbədə Tbilisi ilə bir tərəfdən Suxumi və Tsxinvali arasında güc tətbiq edilməməsi haqqında razılaşmanın hazırlanmasına başlamaqla onların potensialını daha çox işə salması lazım olduğunu düşünürük. Biz belə hüquqi öhdəliklərin qəbulunu 2008-ci ilin avqustunda baş verən faciəli hadisələrin təkrarlanmasının qarşısını almaq üçün etibarlı təminat hesab edirik. Sərhəd bölgələrində vəziyyətin sabitləşdirilməsinə real töhfə isə Gürcüstan-Cənubi Osetiya və Gürcüstan-Abxaziya dövlət sərhədlərinin delimitasiyası prosesinin başladılması və daha sonra onların demarkasiyası olmalıdır”, - deyə o, vurğulayıb.


5 gün davam edən Avqust müharibəsinin üzərindən 16 il ötür. 2008-ci ildə Rusiya işğalçı qüvvələrinin müdaxiləsi nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polis həyatını itirib, 2 min 232 nəfər Gürcüstan vətəndaşı isə yaralanıb. 263 min 598 nəfər Gürcüstan vətəndaşına məcburi köçkün statusu verildi. İşğal nəticəsində Gürcüstan 151 yaşayış məntəqəsində nəzarəti itirdi.

ŞƏRH YAZ
13