"Hüquqi forma müxtəlif ola bilər, amma əsas məsələ odur ki, 2008-ci ildə Saakaşvili tərəfindən, 'Milli Hərəkat' rejimi tərəfindən törədilən cinayət tamamilə araşdırılmalıdır".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze 'Muğatgverdi Qardaşları' avqust müharibəsi zamanı həlak olan qəhramanların abidəsinə gül qoyduqdan sonra jurnalistlərə müsahibəsində bildirib.
Hökumət başçısının sözlərinə görə, bu barədə cəmiyyətə məlumat veriləcək.
"Hüquqi forma müxtəlif ola bilər, bu, prokurorluğa müraciət ola bilər, parlamentin araşdırma komissiyası ola bilər, konstitusiya məhkəməsinə müraciət ola bilər, bütün vasitələr istifadə edilə bilər. Bu barədə cəmiyyətə məlumat veriləcək, amma əsas məsələ odur ki, 2008-ci ildə Saakaşvili tərəfindən, 'Milli Hərəkat' rejimi tərəfindən törədilən cinayət tamamilə araşdırılmalıdır", - deyə İrakli Kobaxidze.
Qeyd edək ki, ötən gün hakim "Gürcü Arzusu" partiyasının Siyasi Şurası da oxşar bəyanat verib.