Nazir müavini Zuqdididə banka hücum edən təcavüzkarın adını açıqladı
26.10.2020 20:11
302
Kriminal
A
Nazir müavini Zuqdididə banka hücum edən təcavüzkarın adını açıqladı
Daxili İşlər Nazirinin müavini Vladimer Bortsvadze, Zugdidi Regional Polis Baş İdarəsində keçirdiyi brifinqdə, "Saqartvelo Bank"a (Gürcüstan bankı) hücum edən silahlı təcavüzkarın təsbit edildiyini və 1988-ci il təvəllüdlü Badri Esebua olduğunu söylədi. Aktual.ge xəbər verir ki, bunu O, Zugdidi Regional Polis Baş İdarəsində keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, B.Esebua hələ həbs olunmayıb və istintaq davam edir. Xatırladaq ki, oktyabrın 21-də Zuqdididə bir cinayətkar "Gürcüstan Bank"ın filialına hücum edərək 43 nəfəri girov götürmüşdü. Hüquq-mühafizə orqanlarının səyi ilə bir neçə saat davam edən danışıqlardan sonra cinayətkar girovların əksəriyyətini Sameqrelo-Zemo Svaneti regional polisinin rəisi Avtandil Qaldava ilə dəyişdirərək eləcədə müəyyən bir miqdar pul alaraq sərbəst buraxdı. Sonra cinayətkar A.Galdavanı və 3 girovu sərbəst buraxaraq naməlum bir yerə qaçıb.
ŞƏRH YAZ
2