Gürcüstanlı
27.10.2020 00:46
1508
Kriminal
A
Gürcüstanlı "qanuni oğru" İstanbulda saxlanılıb - O, da "Lotu Quli"ni öldürmək istəyirdi (VİDEO)
Türkiyənin İstanbul şəhərində "Andry Malyi' ləqəbi ilə tanınan gürcüstanlı "qanuni oğru" Quram Çikladze və onu müşayiət edən 2 nəfər bir otelə təşkil edilən əməliyyatda saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə İhlas Xəbər Agentliyi (İHA) xəbər yayıb. Agentliyin xəbərində deyilir ki, İstanbul Mütəşəkkil Cinayətlər Şöbə Müdirliyi qrupları, əvvəllər çox sayda cinayət istintaqından keçərək, bir cinayət təşkilatının beynəlxalq lideri Türkiyəyə qanunsuz yollarla giriş edərək, İstanbulda gizlənirmiş və Gürcüstandan olan 'Andry Malyi' hərəkətə hazırlaşdığı məlum olub. Məlumata əsasən, Rusiya mərkəzli mafiya qrupuna rəhbərlik edən Q.Çikladzenin İstanbulun Beşiktaşdakı məşhur bir oteldə qaldığı müəyyənləşib. Mütəşəkkil Polis, 26 oktyabr gecə saat 03:30 radələrində Xüsusi Əməliyyat Qrupları ilə birlikdə otelə basqın gerçəkləştirib. "Qanuni oğru" 'Andry Malyi' ləqəbli Quram Çikladze və onun cangüdənləri Z.K. və S.K yuxudaikən polisin basqını nəticəsində gözaltına alınıb. Basqında şübhəli şəxslərin çantalarında 3 lisenziyasız Avstriya Glock tapançası, bu silahlara aid 41 güllə və 3 polis radiosu ələ keçirilib. Vurğulanıb ki, o, bundan əvvəl də Türkiyədə bir çox dəfə istintaqa cəlb olunaraq, deport edilibmiş. Xəbərdə qeyd olunub ki, İstanbulda, bu ilin fevral ayında aralarında Q.Çikladzenin də yer aldığı, 9 azərbaycanlı, 3 ukraynalı, 5 Gürcüstan vətəndaşı və 1-i də rus olmaqla ümumilikdə 17 nəfər saxlanılmışdı. O dövrdə Türkiyə polisi tərəfindən həyata keçirilmiş basqının, carı ilin avqust ayında Antalyada öldürülən azərbaycanlı "qanuni oğru" 'Lotu Quli' - Nadir Səlifovu öldürməyə hazırlaşdığı səbəbi ilə saxlanıldıqları iddia edilmişdi. Agentliyin məlumatında deyilir ki, 2019-cu ilin dekabr ayında 'Andry Malyi' ləqəbli "qanuni oğru" Nadir Səlifovun adamları tərəfindən biçaqlanmışdı. 'Andry Malyi' 18 avqust 2016-cı il tarixində Beşiktaşdakı bir oteldən çıxarkən atəş nəticəsində öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Caniyev ilə yaxınlıqı ilə bilinirmiş. Qeyd edilib ki, gürcü "qanuni oğru" Q.Çikladze və iki adamı bu gün səhər polis bölməsində dindirildikdən sonra Çağlayandaki İstanbul Ədliyyəsinə köçürülüb.
ŞƏRH YAZ
3