Kateqoriyalar
Konqo Demokratik Respublikasında (KDR) bu il meymunçiçəyi xəstələrinin sayı 15 mini keçib, 500-dən çox insan dünyasını dəyişib.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba məlumat verib.
Nazir əlavə edib ki, yoluxmuş xəstələr ölkənin bütün 26 əyalətində müəyyən edilib.
Məlumat üçün bildirək ki, bir neçə Afrika ölkəsində yayılan meymunçiçəyi virusunun daha yoluxucu variantına ilk yoluxma halı artıq Avropa ölkəsi İsveçdə də qeydə alınıb.
Qeyd edək ki, Afrikada meymunçiçəyinin yayılması ilə bağlı ÜST səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.