Azərbaycan mövqeləri növbəti dəfə atəşə tutulub
16.08.2024 09:02
434
Dünya
A
Azərbaycan mövqeləri növbəti dəfə atəşə tutulub

"Avqustun 16-sı saat 3:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub".

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, adekvat cavab tədbirləri görülüb.

Azərbaycan MN-nin bundan əvvəl ki, açıqlamasına görə, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulmuşdu.

ŞƏRH YAZ
9