Dünyanın narahatlığına səbəb olan “Meymun çiçəyi” virusu Gürcüstanda da yayıla bilər.
Aktual.ge xəbər verir ki, həkimlər əhalini diqqətli olmağa çağırır.
Məlumdur ki, virusun yeni ştammı daha yüksək ölüm ehtimalı ilə xarakterizə olunur və dünyada bu xəstəliyə qarşı peyvənd yoxdur, lakin mütəxəssislər çiçək vaksinini tövsiyyə edirlər.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Maya Zaldastanişvili deyib ki, virusa qarşı ən yaxşı müdafiə məsafədir, xüsusən də səyahət zamanı. Onun sözlərinə görə, onlar xəstəliyin klinik əlamətlərini bilirlər, lakin xəstəliklə mübarizə təcrübələri yoxdur.
“Əlbəttə, bu virusun bizə daxil olması təhlükəsi var. Xüsusən də bütün dünyada baş verən miqrasiya, bizə də səyahət edir, çoxlu turistlər gəlir, yəqin ki, bu təhlükədən qaça bilmərik. Buna görə də müdafiə vasitəsi naməlum insanlarla məsafə və qorunan münasibətdir. Tibb işçilərinə gəlincə, biz onun klinik əlamətlərini bilirik, bu xəstəliklə bağlı təcrübəmiz yoxdur" , - deyə o, qeyd edib.