Kobaxidze:
19.08.2024 22:08
1478
Siyasət
A
Kobaxidze: "Bu seçki müharibə ilə sülh arasında referendumdur"

"İndiyədək heç vaxt belə prinsipial seçki olmayıb, bu, bir növ müharibə ilə sülh arasında, təbliğatla ənənəvi dəyərlər arasında referendumdur".

Aktual.ge xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazir İrakli Kobaxidze bildirib.

“Artıq regionda aktiv işlərə başlanılıb. Yaxın günlərdə biz Tbilisidə olan səkkiz nümayəndənin hamısının adını çəkəcəyik və müvafiq olaraq Tbilisidə kampaniyaya tam şəkildə start veriləcək. Mesajlarımızı cəmiyyətə sonuna qədət çatdırmaq üçün hər şey ediləcək. Biz bunu, əlbəttə ki, bütün bu müddət ərzində edirik, lakin seçki kampaniyası sizə birbaşa vətəndaşların yanına getmək və ölkəmizin inkişafı ilə bağlı məsələlər barədə danışmaq imkanı verir. Bu seçki son dərəcə prinsipial seçkidir. Əvvəlki bütün seçkilər prinsipial olub, amma yenə də deyərdim ki, bu qədər prinsipial seçki olmayıb",- deyə o bildirib.

ŞƏRH YAZ
15